Suriya erməniləri İrəvanı tərk edir

Münaqişə nəticəsində Ermənistana gəlmiş 6 min ermənidən minə yaxını artıq ölkəni tərk edib. Son bir neçə ay ərzində Suriya əsilli minədək erməni Ermənistanı tərk edərək üçüncü ölkəyə gedib.

APA-nın məlumatına görə, Ermənistanın diaspor nazirinin müavini David Karapetyan bildirib ki, bu ilin ortalarında 6 minədək suriyalı erməni Ermənistana köç etsə də, daha sonra onlardan minədək şəxs ölkəni tərk edib. Buna səbəb suriyalı ermənilərin üzləşdikləri sosial, mədəni, iqtisadi problemlər, yeni mühitə uyğunlaşa bilməməkdir.

AzNews.az