Baş nazir əmin etdi: “Qiyamət olmayacaq“

"Qiyamət günü olmayacaq". AzNews.az-ın məlumatına görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedyev "Rossiya" telekanalına verdiyi müsahibəsində deyib.

Aparıcının bununla bağlı sualını cavablayan baş nazir bildirib ki, o, dünyanın sonuna inanmır. "Dünyanın sonu olmayacaq, amma ilin sonu olacaq" deyə baş nazir vətəndaşları əmin edib.

Baş nazir onu da bildirib ki, o öz həyatından və işindən razıdır, buna görə də yaşayışından narahat deyil.

Tərlan
AzNews.az