İran zəlzələ bölgəsini unudub - EKSKLÜZİV - FOTOSESSİYA

İran İslam Respublikasının əsarətində qalan Güney Azərbaycan torpaqlarında baş verən zəlzələ nəticəsində viran qalan şəhərlər, qəsəbələr, kəndlər hələ də kömək gözləməkdədirlər.

AzNews.az-a Güney Azərbaycanın Hers şəhərindən daxil olan məlumatda deyilir ki, Təbriz vilayətinin Hers şəhərinin ən ucqar kəndlərindən olan Zəngməlik kəndinin əhalisinə bu günə kimi dövlət tərəfindən yardımlar edilməyib. Verilən məlumata görə, maldarlıq və heyvandarlıqla məşğul olan Zəngməlik 12 evdən ibarət bir kənddir və kəndin 80 faizi zəlzələ nəticəsində tamamən dağılıb.

Məlumatda o da qeyd edilir ki, bu kəndin əhalisi içməli suyu on kilometr uzaqdan at belində daşıyır. Qaz haqqında isə ümumiyyətlə məlumatsızdırlar.

Zəlzələ nəticəsində kənd əhalisindən ölən və yaralanan olmasa da, kəndin düşdüyü vəziyyət ürəkaçan deyil.


İnci
AzNews.az
image description image description image description