04:29
(077) 610-22-33

Ali Rada Azərbaycanlıları təhqir edən deputatın məsələsinə baxacaq

  • >
245 11 Dekabr 2012 09:18 | Region

Ukraynada azərbaycanlıları təhqir edən deputatla bağlı məsələ ölkənin siyasi dairələrində gərginliyə səbəb olub. Məsələ artıq beynəlxalq təşkilatların gündəliyinə çıxarılıb. Ötən gün Kiyevdə İnsan Haqları Gününə həsr olunmuş "Nasizimsiz dünyanın təməli" mövzusunda dəyirmi masada bu məsələ müzakirəyə edilib. Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, Ukrayna Diplomatik Akademiyada təşkil olunan tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusların nümayəndələri, deputatlar, beynəlxalq və yerli ictimai təşkilatların üzvləri iştirak ediblər.

Tədbirdə R. Tağıyev diqqəti qeyd olunan məsələyə yönəldib. O Ukrayna ictimaiyyətinin diqqətini Ali Radanın deputatı Fyodor Neqoyun bu günlərdə Xerson vilayətində keçirilən görüş zamanı azərbaycanlıları təhqir etməsinə yönəldib və bu barədə ciddi tədbir görülməsini tələb edib.

O qeyd edib ki, millət vəkilinin bu xarakterli çıxışlar etməsi yolverilməzdir və bunun qarşısı alınmalıdır. O Ukrayna ictimaiyyətini və dövlət strukturlarını belə hallarla mübarizədə qəti addımlar atmağa çağırıb. R. Tağıyev deyib ki, Ukraynada ksenofobiya problemi mövcud deyil və bu ölkə MDB məkanında daima tolerantlığın yüksək səviyyədə olması ilə seçilir. R. Tağıyevin çıxışını dəstəkləyən deputat Valeriy Bondik söz verib ki, F. Neqoyun səsləndirdiyi fikirlərlə bağlı məsələ Ukrayna
Ali Radasının reqlament komitəsinin gündəliyinə daxil ediləcək. Görüşdə iştirak edən "Nazimsiz dünya" beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsi bu barədə məlumatın təşkilatın Strasburqda yerləşən mərkəzi qərargahına göndəriləcəyini və deputatın əsassız çıxışı ilə bağlı qərarın qəbul olunacağını vurğulayıb.

Xatırladaq ki, Ukraynanın Xerson vilayətindən deputat seçilən Fyodor Neqoy ötən həftə çıxışlarının birində bəyan edib ki, "Ukrayna bazarlarında çalışan azərbaycanlılar və gürcülər Ukrayna dövləti üçün xərçəng yarasıdır".

AzNews.az
Bağla X