Azərbaycan tərəfinin İranla sadələşdirilmiş keçid rejiminin ləğvi barədə qərardan sonra rəsmi Tehran müxtəlif dairələrdə məsələnin müzakirəsini aparır. Azərbaycan tərəfinin İranla sadələşdirilmiş keçid rejiminin ləğvi barədə qərardan sonra rəsmi Tehran müxtəlif dairələrdə məsələnin müzakirəsini aparır.

İran Naxçıvanı müzakirəyə çıxartdı

Azərbaycan tərəfinin İranla sadələşdirilmiş keçid rejiminin ləğvi barədə qərardan sonra rəsmi Tehran müxtəlif dairələrdə məsələnin müzakirəsini aparır.




Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi İranın Naxçıvandakı konsulu Məhəmmədtağı Məhəmmədəli ilə görüşərək məsələni müzakirə edib. Həmçinin görüşdə Naxçıvandakı vəziyyətin müzakirə olunduğu bildirilir. Vali İrana xüsusən də Naxçıvandan səfər edənlərin çox olduğunu deyib.


Ə. Beygi İran vətəndaşlarının Naxçıvana səfərində məhdudiyyətlərin olduğunu qeyd edərək qaydalarına yenidən baxmasını istəyib: "Azərbaycan dövləti Culfa keçidindən Naxçıvana bundan qabaq vizasız olan gediş-gəliş anlaşmasını birtərəfli olaraq ləğv edib. Bu məhdudiyyətlər iki ölkənin əməkdaşlığının genişlənməsi istiqamətində məqsədləri ilə uyğun deyil".

Konsulu Məhəmmədtağı Məhəmmədəli İran vətəndaşlarının Muxtar Respublikaya asan gediş-gəlişini təmin etmək istiqamətindəki müzakirələri izləyəcəyini vurğulayıb.

Alpər
AzNews.az