02:51
(077) 610-22-33

Saakaşvili erməniləşmənin əleyhinədir

  • >
343 1 Fevral 2013 09:18 | Region

Gürcüstan Prezidenti ölkənin xarici siyasət kursunun erməniləşdirilməsinin əleyhinədir. Bunun qarşısının alınması üçün ölkə Konstitusiyasına Vahid Milli Hərəkat Partiyasının irəli sürdüyü dəyişikliklərin edilməsi vacibdir.




Bu barədə cümə günü dövlət başçısı Mixail Saakaşvili "Delta" hərbi müəssisəsinə baş çəkərkən bildirib.

Təklif olunan düzəlişlər ölkənin cari xarici siyasət kursunun Konstitusiya səviyyəsində möhkəmləndirilməsini nəzərdə tutur.
"Nə üçün həmin dəyişikliklərin edilməsi ilə bağlı məsələ məhz bu gün gündəliyə çıxarılır? Çünki Gürcüstanda parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyindən sonra yeni hökumətin verdiyi bir sıra bəyanatlar var. Həmin bəyanatlardan ən mühümü Gürcüstanın xarici siyasət kursunun erməniləşdirilməsi, habelə bizim NATO və Rusiya ilə bərabər məsafə saxlamağımız haqda bəyanatdır. Əvvəllər bu, Gürcüstanın xarici siyasətinin istiqaməti deyildi", - Prezident bildirib.
Saakaşvili Abxaziyadan keçən dəmir yolunun açılmasının mümkünlüyü məsələsinə də toxunub.
"Yerevanda artıq Gürcüstan dəmir yolunun Abxaziya sahəsinin bərpasının texniki detalları müzakirə olunur. Bu, işğalın leqallaşdırılması olacaq", - Saakaşvili bildirib.

AzNews.az
Bağla X