Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrouqalos başda Almaniya və Hollandiya olmaq üzrə bəzi Avropa ölkələrində yaşanan gərginliklərlə bağlı Türkiyəyə dəstək verib. Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrouqalos başda Almaniya və Hollandiya olmaq üzrə bəzi Avropa ölkələrində yaşanan gərginliklərlə bağlı Türkiyəyə dəstək verib.

Yunanıstandan Türkiyəyə gözlənilməz jest

Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrouqalos başda Almaniya və Hollandiya olmaq üzrə bəzi Avropa ölkələrində yaşanan gərginliklərlə bağlı Türkiyəyə dəstək verib.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, qatıldığı televiziya proqramında suallara cavab verən Katrouqalos, "türk rəsmiləri, seçim dönəmlərində əvvəllər Trakyaya səfər ediblər. Onların bu əlaqəsinə əngəl olmaq üçün hər hansı bir səbəb yoxdur" deyib.

Nazir müavini daha sonra bildirib ki, "Avropa ilə əlaqələrimizdə problemlərə səbəb ola biləcək gərginliklərin qızışdırılmaması lazımdır. Mən digər ölkələrin daxili siyasi qərarlarını ittiham edə bilmərəm, lakin Avropadakı qaydalara görə, bu cür toplantıların həyata keçirilməsində problem yoxdur. Bu məsələdə yeganə problem təhlükəsizlikdir"