“Saakaşvili əsri bitdi, heç kim ölkədəki situasiyanı dəyişə bilməz”. “Saakaşvili əsri bitdi, heç kim ölkədəki situasiyanı dəyişə bilməz”.

“Saakaşvili bitdi” - AÇIQLAMA

“Saakaşvili əsri bitdi, heç kim ölkədəki situasiyanı dəyişə bilməz”.





APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili hökumətə rəhbərlik etdiyi 100 gün ərzində görülən işlər barədə keçirdiyi hesabat xarakterli mətbuat konfransında deyib. O bildirib ki, 3-4 ildən sonra Gürcüstan əhalisi ölkədə baş verəcək müsbət dəyişiklikləri hiss edəcək: "Saakaşvili və onun komandasının əlində ölkədəki situasiyanı dəyişdirmək və durumu nəzarətdən çıxarmaq üçün heç bir vasitə yoxdur. Biz vəziyyətə nəzarət edirik".

B. İvanişvili M. Saakaşvilinin fevralın 8-də parlamentdəki ənənəvi illik çıxışını dinləməyəcəyini də açıqlayıb. Baş nazir qeyd edib ki, o, hələ Vahid Milli Hərəkat Partiyası ilə dialoq aparmağa hazır deyil: "Çünki onlar çıxışlarında obyektiv deyillər".

AzNews.az