“Azərbaycanlıların problemləri tədricən həll olunacaq” “Azərbaycanlıların problemləri tədricən həll olunacaq”

Gürcüstanın baş nazirindən soydaşlarımıza jest

“Azərbaycanlıların problemləri tədricən həll olunacaq”





"Gürcüstanda yaşayan azərbaycanlıların problemləri çoxdur. Bu problemlər tədricən həll ediləcək. Ən başlıcası odur ki, etnik azərbaycanlılar maksimal olaraq gürcü ictimaiyyətinə inteqrasiya olunmalıdır".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqlara malikdir: "Azərbaycanlılar da yeri gəldikcə müxtəlif vəzifələrə təyin olunacaqlar. Biz Azərbaycanla strateji tərəfdaşıq. Azərbaycanlıların torpaq problemlərinə gəlincə, bu problemlər yavaş-yavaş tənzimlənəcək. Beş dəqiqəyə bu problemi həll etmək mümkün deyil".

AzNews.az