Paruyr Ayrikyan: "Mənə Sumqayıtda qırğın törədənlər qəsd edib"

"Mənə qarşı terror aktının məqsədi bizi milli müqəddəratımızı təyin etmək yolundan döndərmək idi", deyə "Milli müqəddərat" birliyinin lideri, Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan bugünki mətbuat konfransında bildirib. Xatırladaq ki, fevralın 1-də ona sui-qəsd edilib.

Baş verənlərin versiyalarına toxunan Ayrikyan qeyd edib ki, əslində sui-qəsdçi peşəkar idi və heç bir səhvə yol verməyib. O, möcüzə nəticəsində sağ qaldığını qeyd edib.

Ona qarşı sui-qəsdi keçmiş KQB – indiki Rusiyanın xüsusi xidmət orqanlarının təşkil etdiyi barədə əvvəlki bəyanatlarına toxunan Ayrikyan ittihamlarını təsdiq edib.

"Bu, İran-Ermənistan qaz kəmərinin mükəmməl olmaması üçün əlindən gələni edən qüvvələrdir, bu, Sumqayıtda qırğın törədən, buna qədər bizim qonşularımızla normal münasibətlərimiz olmasın deyə Qarabağı verən qüvvələrdir, bu, Atatürklə sövdələşməyə gedən qüvvələrdir", deyə Ayrikyan bildirib.

"Mən, rusların bütün müsbət cəhətlərinə qiymət verirəm, rus dostlarım var, amma mənfi hallar haqqında da danışmaq lazımdır", deyə Ayrikyan bildirib

AzNews.az