Ermənistan prezidentliyinə namizəd, "Milli Həmrəylik" partiyasının üzvü Aram Arutyunyan çərşənbə günü mətbuat konfransında elan edib ki, fevralın 8-də prezidentlik uğrunda mübarizəni tərk etməyə hazırlaşır Ermənistan prezidentliyinə namizəd, "Milli Həmrəylik" partiyasının üzvü Aram Arutyunyan çərşənbə günü mətbuat konfransında elan edib ki, fevralın 8-də prezidentlik uğrunda mübarizəni tərk etməyə hazırlaşır

Erməni namizəd “yarış“ı tərk edir

Ermənistan prezidentliyinə namizəd, "Milli Həmrəylik" partiyasının üzvü Aram Arutyunyan çərşənbə günü mətbuat konfransında elan edib ki, fevralın 8-də prezidentlik uğrunda mübarizəni tərk etməyə hazırlaşır



"Fevralın 7-də saat 17:00-dan Mərkəzi Seçki Komissiyasının binası qarşısındakı oturacaqda bir günlük aclıq keçirəcəyəm. Düz bir gündən sonra, fevralın 8-də saat 17:00-da isə MSK-ya gedəcək və öz namizədliyimi geri götürəcəyəm", - o deyib.

Arutyunyan qeyd edib ki, onun birgünlük aksiya keçirməsində məqsəd prezidentliyə başqa namizədləri ondan nümunə götürməyə və öz namizədliklərini geri götürməyə cəlb etməkdir.

Eyni zamanda, namizəd qeyd edib ki, o, prezidentlik uğrunda mübarizəni tərk etdikdən sonra siyasi fəaliyyətini davam etdirəcək.
"Əminəm ki, seçkilərdən sonra, fevralın 19-dan başlayaraq namizədlərdən bir çoxunun tədricən respublikanın siyasi arenasından çıxarılmasına başlanılacaq, lakin mən qalacaq və öz siyasi fəaliyyətimi davam etdirəcəyəm", - o deyib.

AzNews.az