Ermənistan prezidentliyinə namizəd, “Milli razılıq” partiyasının lideri Aram Arutyunyan Mərkəzi seçki komissiyasının binası qarşısında aclıq aksiyası elan edib. Ermənistan prezidentliyinə namizəd, “Milli razılıq” partiyasının lideri Aram Arutyunyan Mərkəzi seçki komissiyasının binası qarşısında aclıq aksiyası elan edib.

Daha bir erməni namizəd aclıq elan etdi

Ermənistan prezidentliyinə namizəd, “Milli razılıq” partiyasının lideri Aram Arutyunyan Mərkəzi seçki komissiyasının binası qarşısında aclıq aksiyası elan edib.



APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bundan öncə o bildirmişdi ki, aclıq aksiyası 24 saat davam edəcək və bundan sonra o namizədliyini geri götürəcək.

Prezidentliyə namizəd heç bir tələb irəli sürməyib, yalnız qeyd edib ki, o qalan namizədlərdən eyni addım atmasını gözləyir. Aclıq aksiyasından öncə o prezidentliyə namizəd Andreas Qukasyana baş çəkib. Qeyd edək Andreas Qukasyan artıq 18 gündür ki Ermənistan milli akademiyasının binasının qarşısında aclıq aksiyası keçirir.

"Əgər hər-hansı namizədin adı seçici bülletenində qalacaqsa, bu o deməkdir ki, həmin şəxsin siyasi bioqrafiyası sona çatıb", deyə Aram Arutyunyan bildirib və qeyd edib ki, o artıq namizədliyinin geri götürülməsi haqqında ərizəsini Mərkəzi seçki komissiyasına təqdim edib.

Bundan başqa, Aram Arutyunyan həyatına sui-qəsd törədilmiş prezidentliyə namizəd Paruyr Ayrikyana tez sağalmasını arzu edib və onun eyni addım atmasını arzu edib.

AzNews.az