20:02
(077) 610-22-33

Nazarbayev “SSRİ”-nin bərpa tarixini açıqladı

  • >
299 9 Fevral 2013 10:41 | Region

“2015-ci ildə bu qərarı elan edəcəyik”




"2014-cü ilin may ayına qədər Avrasiya İqtisadi Birliyi və Vahid İqtisadi Məkanın yaradılması ilə bağlı saziş sənədi bizim stolumuzun üstündə olmalıdır". Modern.az Rusiya prezidentinin rəsmi saytına istinadən bildirir ki, bu barədə Qazaxstan prezidenti Nursultan Nazarbayev Kremldə Vladimir Putinlə dünən keçirilən görüş zamanı bəyan edib.

"İqtisadi İttifaq və vahid məkanla bağlı müzakirələrdə xeyli irəliləyiş var. Biz ötən ilin dekabrında görüşmüşük. Bu il üçün də yeni vəzifələrələ bağlı görüşümüz zəruri oldu"-deyə Nazarbayev vurğulayıb.

Qazaxstan prezidenti Avrasiya İqtisadi İttifaqıının perspektivləri ilə bağlı maraqlı məqama toxunub. N.Nazarbayevin sözlərinə görə, 2014-cü il bu birliyin yaradılması üçün qəti qərar verməyin son tarixidir.

"2014-cü ilə qədər bu İttifaqla bağlı razılaşma sənədi hazırlanmalıdır. Bundan sonra 2015-ci ildə Avrasiya İqtisadi İttifaqının yaradılması barədə qərar elan olunacaq"-deyə Qazaxsatn prezidenti vurğulayıb.

AzNews.az
Bağla X