20 NƏFƏR HƏBS EDİLİB 20 NƏFƏR HƏBS EDİLİB

Rusiyada qafqazlılara qarşı təcili toplantı

20 NƏFƏR HƏBS EDİLİB





Rusiyanın Stavropol şəhərində qafqazlılara qarşı toplantı keçirən millətçi və kazaklar saxlanılıb. News.ru xəbər verir ki, onlar etniklərin cinayətlərinin artdığını bildirərək, hökumətdən tədbir görülməsini tələb edirlər. Saxlanılanların sayı barədə məlumatlar fərqlidir. Bəzi mətbuat orqanlarında bu say 20, bəzilərində isə 70 nəfər kimi göstərilir.

Millətçilərin qafqazlılara qarşı təcili iclasının səbəbi bir neçə gün əvvəl kazak Maksim Spasibovun xəstəxanaya düşməsi ilə nəticələnən qarşıdurma olub. Yerlilərlə qafqazlılar arasında baş verən münaqişədə kazak Spasibov ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Ancaq kazaklar və millətçilər bununla razılaşmayaraq, qafqazlılara qarşı daha ciddi tədbirlər görülməsini istəyirlər.

Elnarə
AzNews.az