Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməyəcək Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməyəcək

Ziya Məmmədov Ermənistana xəbərdarlıq etdi

Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməyəcək



Trend-in məlumatına görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə keçirilən mətbuat konfransında deyib.
Məmmədov Tbilisidə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" qeyri-formal dialoqunun ikinci görüşündə iştirak edir.

"Hamıya xatırladıram ki, bu layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir, həmçinin ölkəmizin büdcəsindən maliyyələşdirilir. Ermənistan ərazilərimizi işğal etdiyinə görə bu dəmir yolundan istifadə etməyə haqqı yoxdur. Dağlıq Qarabağ münaqişəsi nizamlanmayana qədər və icazəmiz olmadan Ermənistan bu layihəyə qoşula bilməz", - nazir qeyd edib.
Bu bəyanat görüşün yekunu üzrə keçirilən birgə mətbuat konfransda səsləndirilib. Qeyd edək ki, Ermənistanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Artaşes Avetisyan görüşdə "imkan olacağı təqdirdə, Ermənistanın məmnuniyyətlə gələcəkdə bu layihədən istifadə edəcəyini" bildirib.