Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) islahatların aparılmasında maraqlıdır və bu istiqamətdə işləməyə hazırdır. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə RF XİN rəhbərinin müavini Aleksey Meşkov bəyan edib. Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) islahatların aparılmasında maraqlıdır və bu istiqamətdə işləməyə hazırdır. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə RF XİN rəhbərinin müavini Aleksey Meşkov bəyan edib.

Rusiyanın ATƏT marağı

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) islahatların aparılmasında maraqlıdır və bu istiqamətdə işləməyə hazırdır. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə RF XİN rəhbərinin müavini Aleksey Meşkov bəyan edib.


"2015-ci ildə "Helsinki Yekun Aktı" prosesinin 40 ili tamam olur. Və budur, indi ATƏT iştirakçısı olan ölkələr qarşısında seçim durur - irəli getməli və ondan real ümumavropa təşkilatı yaratmalı..., və ya ATƏT Avropada beynəlxalq proseslərdən kənarda qalacaq", - Meşkov Moskvada cümə günü jurnalistlərə bildirib.

"Rusiyaya gəldikdə, biz təşkilatın yenilənməsində maraqlıyıq və bütün istiqamətlərdə işləməyə hazırıq", - Meşkov əlavə edib.
O, RF-nin ATƏT-ə üzvlük haqqını müntəzəm şəkildə ödədiyini bildirib. "İndi o (üzvlük haqqı) 5 milyon dollardan azacıq çoxdur, halbuki biz Avropa Şurasına 27 milyon ödəyirik. Lakin başlıca məsələ ATƏT-in büdcə vəsaitlərinin bölüşdürülməsindədir. Misal üçün, bu il üçün büdcə bağlanıb və elə bu günlərdə qəbul ediləcək", - Meşkov bildirib.
Moskva dəfələrlə ATƏT-i formasızlığa görə tənqid edib. Bir neçə il əvvəl Rusiya tərəfi ATƏT-də islahatlarla bağlı öz təkliflərini irəli sürsə də, təkliflər paketi Vyana tərəfindən etinasızlıqla qarşılanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ATƏT hüquqi öhdəçiliyə malik nizamnaməsi olan tam beynəlxalq təşkilat olmalı, təhlükəsizliyi təmin etməli ("bütün iştirakçı dövlətlər tərəfindən təhlükəsizliyin bölünməzliyi prinsipinə riayət olunması vasitəsilə") və "məhdudiyyətlərdən və baryerlərdən imtina yolu ilə" əməkdaşlığa kömək etməlidir.
Hazırda RF İrlandiyanın "Helsinki üstəgəl 40" prosesinin işə salınması təşəbbüsünə böyük ümidlər bəsləyir. Söhbət təşkilatın 2015-ci ildə "Helsinki Yekun Aktı"nın 40 illiyi münasibətilə yenilənməsindən gedir.

AzNews.az