Təcavüzə məruz qalan erməni uşaqları ərə verilir

Ermənistanda uşaq və yeniyetmələrin törətdiyi cinayətlərin statistikası açıqlanıb. "Pastinfo" xəbər verir ki, Ermənistan polis polkovniki Nelli Duryanın verdiyi məlumata görə, 2011-ci ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 572, 2012-ci ildə isə 414 cinayət hadisəsi törədilib. Bunların arasında əsasən oğurluq üstünlük təşkil edir.

Ötən il həmçinin yeniyetmələrin soyuq silahdan istifadə halları da artıb. İl ərzində yetkinlik yaşına çatmayanlara qarşı 80 seksual xarakterli fakt qeydə alınıb. "Ancaq 16 yaşına çatmayanlara qarşı seksual xarakterli hadisələrin çoxu evliliklə bitir" - deyə N. Duryan vurğulayıb.

Yetkinlik yaşına atmayanlar arasında intihar hallarından danışan polis əməkdaşı belə hadisələrin sayının 45 olduğunu bildirib. Onu da əlavə edib ki, intiharlar əsasən cavabsız sevgi ilə bağlı olur.

Elnarə
AzNews.az