O, Yeni GAMOH MK-nin həbs edilən 5-ci üzvüdür O, Yeni GAMOH MK-nin həbs edilən 5-ci üzvüdür

İranda daha bir azərbaycanlı ziyalı həbs olundu

O, Yeni GAMOH MK-nin həbs edilən 5-ci üzvüdür




Bu gün günorta saatlarında Güney Azərbaycanın Qoşaçay şəhərində ETTELAAT məmurları Yeni GAMOH Mərkəzi Komitəsinin üzvü Behbud Quluzadənin dükanına basqın edilib. Basqın edən şəxslər milli fəalı həbs ediblər. ETTELAAT məmurları dükandakı kompüterləri, CD-ləri və bir çox başqa əşyaları da özləri ilə aparıblar.

Onu da bildirək ki, Behbud Quluzadə Güney Azərbaycan Milli Hərəkatında çox nüfuzlu şəxs kimi tanınır. O, dəfələrlə həbs edilməsinə baxmayaraq öz mübarizəsini davam etdirir, yaşadığı şəhərdə çox hörmətlə qarşılanır.

Behbud Quluzadə 2010-cu ilin mayında 17 nəfər azərbaycanlı fəalla birlikdə həbs olunub və 8 ay ağır işgəncələrə məruz qaldıqdan sonra 250 min dollar mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. B.Quluzadə 2006-cı ilin mayında da "İran" qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs edilərək bir neçə ay ETTELAAT-ın təcridxanasında saxlanılıb. O, Yeni GAMOH MK-nin həbs edilən 5-ci üzvüdür. Təşkilatın sədri Lətif Həsənli və MK-nin üzvləri Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr də hal-hazırda ETTELAAT-da işgəncə altındadırlar.

Alpər
AzNews.az