Ermənistanın eks-prezidentinin ölkə xaricində olduğu bildirilir Ermənistanın eks-prezidentinin ölkə xaricində olduğu bildirilir

Koçaryan seçkini boykod etdi

Ermənistanın eks-prezidentinin ölkə xaricində olduğu bildirilir


Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu gün keçirilən prezident seçkilərində iştirak etməyəcək. Anspress-in məlumatına görə, bu haqda R. Koçaryanın mətbuat sözçüsü Viktor Sotomonyan açıqlama verib.

Onun sözlərinə görə, hazırda Koçaryan səfərdədir. Ona görə də seçkilərdə iştirak edə bilməyəcək. Lakin Viktor Sotomonyan R. Koçaryanın harada olduğuna dair suala cavab verməkdə çətinlik çəkib. Sadəcə olaraq onun xaricdə olduğunu deyib.

Eyni zamanda erməni mətbuatı yazır ki, səsvermədə oliqarx, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanda iştirak etməyəcək. Bu partiyanın da Robert Koçaryana bağlı olduğu yazılır. KİV Qaqik Sarukyanın da ölkə xaricində olduğunu yazır

AzNews.az