15:25
(077) 610-22-33

“Xocalı aeroportunun açılması Çikaqo Konvensiyasına ziddir”

  • >
585 18 Fevral 2013 12:15 | Region

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində aparılan danışıqlar zamanı belə bir “fors-major” halın yaranması yolverilməzdir”



"Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Rusiyanın Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində dəstək verməsi mümkündür".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin baş məsləhətçisi, aviasiya general-mayoru İqor Semençenko deyib.

Azərbaycan və Ermənistan arasında müharibənin başlanması ehtimalını şərh edən İ. Semençenko Rusiyanın münaqişənin sülh və siyasi dialoq yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib: "Rusiya hesab edir ki, bütün münaqişələr beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Beynəlxalq hüquq belə problemlərin həllinin əsasını təşkil edir və açar rolunu oynayır".

İqor Semençenko Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş həyata keçirəcək təyyarələrin vurulması barədə qərarını isə belə şərh edib: "Uçuşların həyata keçirilməsini tənzimləyən beynəlxalq konvensiya var. Bu Çikaqo Konvensiyasıdır. Çikaqo Konvensiyasına qoşulan dövlətlər onun müddəalarına riayət etməlidirlər. Hazırkı vəziyyətdə Xocalı aeroportundan uçuşların həyata keçirilməsi Çikaqo Konvensiyasına ziddir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində aparılan danışıqlar zamanı belə bir "fors-major" halın yaranması yolverilməzdir".

AzNews.az
Bağla X