05:57
(077) 610-22-33

“İndiyə qədər belə saxtakarlıq görməmişdim”

  • >
234 18 Fevral 2013 20:37 | Region

"İndiki prezident seçkisini saxtakarlığın miqyasına görə digərləri ilə müqayisə etmək olmaz. Mən kəmiyyət və keyfiyyətcə bu qədər qanun pozuntusuna yol verilən başqa seçki xatırlamıram".

APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidentliyinə namizəd, "İrs" Partiyasının lideri Raffi Ovannisyanın seçki qərargahının mətbuat katibi Ovsep Xurşudyan deyib. O bildirib ki, bülletenlərin topa şəkildə qutulara atılması, rüşvət paylanması, seçicilərə təzyiq, yerli hakimiyyət orqanları rəhbərlərinin səsvermə prosesinə müdaxiləsi və digər qanunsuz hallar baş alıb gedir.

Səsvermə davam edərkən ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanla görüşüb. Səfir pozuntular barədə informasiyaları şərh etməyərək ATƏT müşahidə missiyasının beynəlxalq ictimaiyyət adından müvafiq qiymətləndirmə ilə çıxış edəcəyini söyləyib. O, ABŞ səfirliyinin seçki prosesinə nəzarət etdiyini bildirib:

"Cənab Mukuçyan Ermənistan hakimiyyət orqanları adından açıq şəkildə bildirdi ki, bütün pozuntular üzrə təhqiqat aparılacaq, günahkarlar cəzalandırılacaq. Biz müşahidəçi qismində səsvermənin gedişini izləyirik".

MSK saat 17.00-a olan məlumata əsasən seçicilərin 49,81%-nin səsvermədə iştirak etdiyini açıqlayıb.
Bağla X