17:08
(077) 610-22-33

Sarkisyan yenidən prezident oldu

  • >
247 18 Fevral 2013 21:21 | Region

Bu gün Ermənistanda keçirilən prezident seçkilərinin birinci turunda ölkənin hazırki prezidenti Serj Sarkisyan qalib gəlib.



ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "The Gallup Organization" tərəfindən keçirilən "exit-poll"un nəticələrinə əsasən məlumat verilib.

"Exit-poll"un nəticəsinə əsasən, Serj Sarkisyan səslərin 58 faizini toplayıb. İkinci yerdə "İrs" partiyasının lideri Raffi Ovannisyan 32 faiz səslə qərarlaşıb. Üçüncü pilləni isə 3 faiz səslə sabiq baş nazir Qrant Baqratyan və Paruyr Ayrikyan bölüşür.

Xatırladaq ki, saat 17:00-a olan vəziyyətə görə, Ermənistanda prezident seçkilərində seçicilərin ümumi sayından 1 259 374 nəfər və ya 49,71 faizi səs verib.

AzNews.az
Bağla X