10:33
(077) 610-22-33

Ermənilər səslərini 25 kq una satdılar-SEÇKİ

  • >
247 18 Fevral 2013 23:33 | Region

Seçicilərə Sarkisyanın adı işarələn bülletenlər paylanıb



Ermənistanda keçirilən prezident seçkilərində Baş prokurorluğun qaynar xəttinə rüşvətlə bağlı çox sayda müraciət daxil olub. Seçkidə iştirak edən Respublikaçılar Partiyasının qərargahından bu barədə məlumat verilib.

Məlumata görə, günorta saat 14.30 radələrində daxil olan məlumatlar arasında rüşvətlə bağlı informasiyalar da olub. Həmin müraciətlər baxılması üçün istintaq orqanlarına göndərilib.

Müraciətlərdə bildirilib ki, seçicilərə bir səsə görə 25 kq un təklif edilib. Xüsusilə kəndlərdə belə təkliflərin sayı daha çox olub. Bundan başqa kənd icra orqanlarının rəhbərləri bir səsə görə 5 min dram təklif ediblər. Ancaq məbləği az hesab edənlərə 10 min dram verildiyi hallar da olub. Polis daxil olan müraciətləri araşdırır.

Bu arada bir çox mətbu orqanlarla yanaşı Ermənistanın keçmiş baş naziri və prezidentliyə namizəd Qrant Baqratyanın seçki qərargahı da saxtakarlıqlarla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, elan olunun faizlər həqiqti əks etdirmir: "Deyilənə görə, seçicilərə Sarkisyanın adı işarələn bülletenlər paylanıb".

Məlumat üçün deyək ki, bu dəqiqələrdə Ermənistan Mərkəzi Seçki komissiyası prezident seçkilərində iştirak etmiş seçicilər barədə məlumat açıqlayıb.

Ermənistan MKS-nın sədri Tiqran Mukuçyanın məlumatına görə, seçkilərdə 1 518 407 və yaxud 60,05 % seçici iştirak edib.

Paytaxt İrəvanda 445 338 və yaxud 53,99% seçici səs verib.



Elnarə,
Aynur
AzNews.az
Bağla X