09:04
(077) 610-22-33

“Raffi-prezident, Serj-get”- VİDEO

  • >
325 20 Fevral 2013 12:34 | Region

Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın tərəfdarları bu gün növbəti etiraz aksiyası keçirəcəklər




Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın tərəfdarları ötən gün axşam saatlarında Mərkəzi Seçki Komitəsinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçılari seçki nəticələrinin kütləvi saxtalaşdırmasına etiraz ediblər. Etirazçılar "Raffi-prezident, Serj-get" şüarı səsləndiriblər. Aksiyanın sonunda İrs partiyası bu gün İrəvanın Azadlıq meydanında toplaşmağa çağırıb.

İrəvanın mərkəzində baş tutan nümayişdə Milli İrs Partiyasının lideri və prezidentliyə namizəd Raffi Ovanesyan izdiham qarşısında çıxış edərək, Sarkisyanın legitimliyini şübhə altına alıb. Hovanesyan seçki nəticələrinin xalqın iradəsini təcəssüm etdirmədiyini dilə gətirib.

Ermənistan prezidentliyinə namizəd Raffi Ovanesyan: "Seçki prosesində kütləvi pozuntular həyata keçirilib. Hərbçilərə və generallara ar olsun! Sabah siz buna görə cavab verməli olacaqsız. Səsvermədə baş verən pozuntuların araşdırılması üçün hökumətə sabah axşam 5-ə kimi vaxt verirəm".

İlkin nəticələrə görə, Sarkisyan ümumi səslərin təxminən 59 faizini qazanıb. Bu faiz növbəti mərhələnin keçirilməsinə olan lüzumu aradan qaldırır. Amerika Birləşmiş Ştatlarında doğulmuş Ovanesyan isə seçicilərin 37 faizinin dəstəyini qazanıb.

SSRİ-nin süqutundan sonra Ermənistanın ilk xarici işlər naziri olmuş Ovanesyan seçkilərin saxtalaşdırıldığını və ədalətsiz keçdiyini iddia edir. Ermənistanın Mərkəzi Seçki Komissiyası bazar ertəsi keçirilən prezident seçkilərində seçki hüquqlu 2.5 milyonluq əhalinin 60 faizə yaxının seçki məntəqələrinə gəldiyini açıqlayıb. Artıq bütün səslər toplansa da, qalibin kimliyi növbəti bazar ertəsinə kimi açıqlanmayacaq. Seçkilərdə müşahidəçi qismində iştirak edən ATƏT nümayəndə heyəti seçkilərdə rəqabətin olmamasından danışsa da, səsvermədə təşkilati və proses baxımdan əvvəlki illərlə müqayisədə irəliləyişlərin olduğunu deyib.




AzNews.az
Bağla X