Ermənistanda prezidentliyə namizəd “Milli müqəddəratını təyinetmə” cəmiyyətinin rəhbəri Paruyr Ayrikyan son prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Ermənistanda prezidentliyə namizəd “Milli müqəddəratını təyinetmə” cəmiyyətinin rəhbəri Paruyr Ayrikyan son prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.

“ Ermənistan üçün etdiklərimi başa düşmədilər“

Ermənistanda prezidentliyə namizəd “Milli müqəddəratını təyinetmə” cəmiyyətinin rəhbəri Paruyr Ayrikyan son prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.



"Ayrikyançılar, başınızı dik tutun! Həqiqət bizim tərəfimizdədir. Biz açıq terror və onu müşayiət edən böhtan kampaniyası ilə üz-üzə qaldıq.

Bizim ağılsızlarımız mənim Ermənistan üçün, onlar üçün etdiklərimi başa düşmədilər və başa düşməyəcəklər də. Biz bilirik ki, bizim seçkiqabağı kampaniyamız yanvarın 31-dən başlayıb və fevralın 18-nə qədər biz bunu sadəcə görünüş olaraq davam etdirdik. Biz terrorçuluğa qarşı çıxdıq. Ermənistanın dövlət və siyasi həyatında biz özümüzü yad hiss etdik. Maraqlıdır ki, dünən Ayrikyanı hakimiyyətin əlaltısı hesab edənlər bu gün nə deyəcəklər. Mən kədərlənmirəm, siz də kədərlənməyin, bizə qarşı intriqa aparanlar bilmirlər ki, onları nə gözləyir".

AzNews.az