01:20
(077) 610-22-33

Sarkisyanı Azadlıq meydanında gözləyirlər-VİDEO

  • >
234 20 Fevral 2013 21:33 | Region

Ermənistanda vəziyyət get-gedə gərginləşir.




Ötən gecədən başlayaraq prezident seçkilərinin ilkin nəticələrinə etiraz olaraq müxalifət fasiləsiz aksiyalara başlayıb. Səsvermədə səslərin çoxunu topladığını bildirən müxalif "İrs" partiyasının lideri Raffi Ovanisyan etirazların uzunmüddətli olacağını bəyan edib və bu gün saat 17-dən etibarən tərəftdarları yenidən İrəvanın Azadlıq meydanında toplaşıblar.

Raffi Ovanesyan seçkilərin saxtalaşdırıldığını və qələbənin Serj Sarkisyanı yox, onun qazandığını iddia edir. Tərəfdarları qarşısında çıxış edən Ovanesyan cəmiyyəti qələbələri etiraf olunana qədər uzunmüddətli mübarizəyə hazır olmağa çağırıb. O, bu qələbənin mənəvi yox, həqiqi qələbə olacağını vurğulayıb: "Qanunu pozanlar hamısı, fərqi yoxdur prezident, baş nazir, yaxud icma rəhbəri olsun, qanun qarşısında cavab verəcək. O insanlar ki, xalqın səsini oğurlayır, seçkiləri saxtalaşdırmaq üçün hərbçilərdən istifadə edib, sıravi vətəndaşları qorxudub qanun qarşısında cavab verməlidir".

Mitinqdə iştirak edən Erməni Milli Konqresinin üzvü Nikol Paşinyan isə ölkənin gələcəyində maraqlı olan bütün dairələri birləşərək Raffi Ovanesyanı dəstəkləməyə çağırıb: "Yenə fevral, yenə də biz Azadlıq meydanındayıq və bu o deməkdir ki, bizə qarşı olan zorakılığa rəğmən xalqın ruhunu qırmaq mümkün olmayıb. 18 fevralda erməni xalqı 1988 seçki məntəqəsində 30 saniyəlik olsa da inqilab edə bilib. Xalq Raffi Ovanesyanı öz prezidenti seçdi və bu gün bizim əsas məqsədimiz bu inqlabı qələbə ilə sonlandırmaqdır. Ya gələbə, ya da heç nə".

Raffi Ovanesyan sabah mitinqin keçirildiyi Azadlıq meydanında prezident Serj Sarkisyanla görüşməyə hazır olduğunu və etiraz aksiyasının yaxın günlərdə də davam edəcəyini deyib. Ovanesyan tərəfdarları tərəfindən hər hansı toqquşmanı istisna edib.

İrəvanın Azadlıq meydanında mitinq rəsmən başa çatsa da, prezidentliyə namizəd Raffi Ovanesyan və tərəfdarları meydanda oturaq aksiyaya start veriblər. Ovanesyan qələbələri etiraf olunana qədər meydanı tərk etməyəcəklərini bildirib. Etiraz aksiyası isə sabah saat 13-dən etibarən yenidən davam etdiriləcək. Ovanesyan hüquq-mühafizə orqanlarından mitinq iştirakçılarının təhlükəsizliyni təmin etməyi tələb edib və bildirib ki, sabah Serj Sarkisyan Azadlıq meydanına gəldikdən sonra 4-cü Ermənistan Respublikasını elan edəcəklər.



AzNews.az
Bağla X