8 yaşlı uşaq «donuz qripi»ndən öldü

Moskva ətrafındakı Puşkino şəhərində 8 yaşlı oğlan "donuz qripi"ndən vəfat edib. APA-nın məlumatına görə, Moskva vilayətinin səhiyyə nazirliyində diaqnoz təsdiq olunub.

"Bəli, həqiqətən belə bir şey olub, aşkar faktı inkar edə bilmərəm", deyə bölgənin səhiyyə naziri Nina Suslonova bildirib. Suslonovanın sözlərinə görə, həlak olmuş uşağın anası yazılı surətdə vaksinasiyadan imtina edib.

Moskva vilayət səhiyyə naziri vurğulayıb ki, "donuz qripi"ni aşkar etmək çətindir, çünki xəstəlik adi infeksiya kimi inkişaf edir.