08:25
(077) 610-22-33

Yerevanda mitinq keçirmək qadağan olundu

  • >
429 22 Fevral 2013 10:40 | Region

Yerevan Meriyası Ermənistanda prezident seçkilərində namizədliyi irəli sürmüş "İrs" partiyasının lideri Raffi Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyanın təqdim etdiyi sorğunu rədd edib.




Bu barədə "Novosti-Armeniya" Yerevan meriyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Armen Martirosyan fevralın 20-də şəhər rəhbərliyinə fevralın 23, 24 və 25-də Azadlıq meydanında saat 15.00-dan 19.00-dək mitinq keçirilməsi barədə xəbərdarlıq təqdim edib.

Meriya "İnzibatçılığın prinsipləri və inzibati icraat haqqında" qanunun 33-cü maddəsinin üçüncü bəndini əsas götürərək ərizəni geri qaytarıb. Çünki "Toplanma azadlığı haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq xəbərdarlığı toplantının keçirilməsinə ən azı yeddi gün qalmış təqdim etmək olar.

Məlumatda o da bildirilir ki, indiki halda ərizə qanunla müəyyən olunmuş müddətdən gec təqdim olunub.


AzNews.az
Bağla X