İrəvanda yerləşən konyak zavodlarının birində Azərbaycan bayrağı vurulub. Bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir İrəvanda yerləşən konyak zavodlarının birində Azərbaycan bayrağı vurulub. Bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir

Bayrağımız İrəvan konyak zavodunda

İrəvanda yerləşən konyak zavodlarının birində Azərbaycan bayrağı vurulub. Bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir



Məlumata görə, dünyanın ən yaxşı konyak istehsal edən zavodlarından biri olan bu obyektdə xüsusi bir güşədə müxtəlif ölkələrin bayraqları saxlanılır. Həmin bayraqların içərisində Azərbaycan bayrağı da var və maraqlıdır ki, indiyədək ermənilər Azərbaycan bayrağını oradan götürməyiblər.

Bildirilir ki, guşədə Azərbaycan bayrağı Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Türkiyə bayraqları ilə bir sırada dayanır. Bunun rəmzi məna daşıdığını deyən mənbə iddia edir ki, guşədə hansı ölkənin bayrağı saxlanılırsa, zavod həmin ölkələrə konyak satışı həyata keçirir. Xüsusən də, Türkiyə şirkətləri ilə bu zavodun ticarət dövriyyəsi daha çoxdur.

Xatırladaq ki, bu ilin yanvar ayında Türk-Erməni Biznes İnkişafetdirmə Şurasının (TABDC ) sədr müavini Riza Noyan Soyak da "Həftə içi" qəzetinə müsahibəsində bu faktları açıqlayaraq doğruluğu təsdiqləmişdi.

O bildirmişdi ki, İrəvanda yerləşən konyak istehsal edən zavodun dünyanın ən yaxşı konyak nümunələrinin saxlanıldığı guşədə qoyulmuş çəlləyin üzərində Azərbaycan, Ermənistan, Rusiya, ABŞ və Fransa bayraqları bir arada dalğalanır: "Orada mənə dedilər ki, bu çəllək Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunanda bütün ölkə təmsilçilərinin iştirakı ilə bir sənəd imzalanıb, möhürlənib və çəlləyə qoyulub. Nə vaxt ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq, onda həmin çəllək açılacaq və sülhün şərəfinə içiləcək".

AzNews.az