Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Cavad Zərif arasında bu gün telefon danışığı baş tutub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Cavad Zərif arasında bu gün telefon danışığı baş tutub.

Rusiya və İran xarici işlər nazirləri Xəzərdən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Cavad Zərif arasında bu gün telefon danışığı baş tutub.

AzNews.az-ın rus mətbuatına istinadən məlumatına görə, tərəflər telefon söhbətində Suriya məsələsini və Xəzər dənizində əməkdaşlıq mövzusunu müzakirə ediblər.

Danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin noyabrın 1-də İrana işgüzar səfərinin yekunlarına da diqqət ayrılıb.