İrəvan Dövlət Universitetinin tələbləri artıq 3-cü gündür ki, etiraz aksiyası keçirir. İrəvan Dövlət Universitetinin tələbləri artıq 3-cü gündür ki, etiraz aksiyası keçirir.

İrəvanda tələbələr hökumətin binasına doğru yürüşə hazırlaşır

İrəvan Dövlət Universitetinin tələbləri artıq 3-cü gündür ki, etiraz aksiyası keçirir.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edir.

Sözügedən qanun parlamentdə birinci oxunuşda qəbul edilib.

Ermənistanın elm və təhsil naziri Levon Mkrtçyan tələbələrə bu mənasız aksiyanı dayandırmağa çağırıb.

Tələbələr bu gün hökümət binasına yürüş etməyi planlaşdırır. Universitet rəhbərliyi aksiyaların dayandırılmayacağı təqdirdə, inzibati metodlara əl atacağı ilə hədələyib.

Müdafiə naziri Vigen Sarkisyan hərbi xidmətin hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıb.

Ekspertlərin fikrincə, ölkədə demoqrafik böhran və Dağlıq Qarabağda gərgin vəziyyətin olduğu bir vaxtda Ermənistan rəhbərliyi gənclərin orduya cəlb edilməsi istiqamətndə fəal iş aparır.

Hazırda hərbi xidmətdən möhlət hüququ yalnız aspirantlara aiddir ki, onların da ümumi sayı 140 nəfər təşkil edir.