18:11
(077) 610-22-33

Öcalanla görüş Türkiyəni qarışdırdı

  • >
221 25 Fevral 2013 08:12 | Region

PKK lideri Avropaya çağırış etdi






Türkiyənin İmralı həbsxanasında saxlanılan PKK lideri Abdulla Öcalanla danışıqlardan qayıdan heyət onun mesajlarını çatdırıb. BDP-nin 3 nümayəndəsi ilə görüşündə Öcalanın məktublarında PKK-ya, Avropaya və ictimaiyyətə çağırışlar yer alıb.

Türkiyə mətbuatının yazdığına görə, PKK-ya ünvanlanan məktubda terror təşkilatının nə zaman hansı addım atmasına yönəlik məsləhət və tələblər yer alıb. PKK-nın əlindəki girovlarla yaxşı davranmağa çağıran Öcalan məktubların cavablandırılması üçün 10 gün vaxt verib.

Bu arada dünən Taksim meydanında hökumətin terror problemini həll etmək üçün Öcalanla bağladığı müzakirələrə qarşı etiraza aksiyası keçirilib. İmralı müzakirələrinə etiraz edənlər arasında türkiyəlilərlə yanaşı, azərbaycanlılar da olub və Azərbaycan bayrağı da dalğalandırılıb.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X