İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss edilib. İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss edilib.

İran zəlzələsi Azərbaycanda da hiss olundu

İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss edilib.

AzNews.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi təkanlarla bağlı məlumat yayıb.

Məlumata görə, təkanların maqnitudası 7.2 bal, dərinliyi isə 19 km olub. Zəlzələ yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində qeydə alınıb. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında zəif hiss olunub.