- Köhnə - Region
- 13 Noyabr 2017 10:05
- 5 269
Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edəcək
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə görüşəcək.
AzNews.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, görüşdə regional və beynəlxalq problemlərin, həmçinin terrorizmə qarşı mübarizə və Suriyadakı vəziyyətin müzakirəsi planlaşdırılır.