Bu gündən Azərbaycan və Rusiya Daxili İşlər Nazirlikləri arasında qarşılıqlı razılaşmaya və bağlanmış sazişə əsasən hər iki ölkənin sərhədyanı ərazilərində ənənəvi sərhəd-sipər əməliyyatlarına start verilir. Bu gündən Azərbaycan və Rusiya Daxili İşlər Nazirlikləri arasında qarşılıqlı razılaşmaya və bağlanmış sazişə əsasən hər iki ölkənin sərhədyanı ərazilərində ənənəvi sərhəd-sipər əməliyyatlarına start verilir.

Azərbaycanın sərhədində xüsusi əməliyyat keçirilir

Bu gündən Azərbaycan və Rusiya Daxili İşlər Nazirlikləri arasında qarşılıqlı razılaşmaya və bağlanmış sazişə əsasən hər iki ölkənin sərhədyanı ərazilərində ənənəvi sərhəd-sipər əməliyyatlarına start verilir.

AzNews xəbər verir ki, əməliyyatlar Azərbaycanın şimal və şimal-şərq rayonlarında - Qusar, Xaçmaz, Quba, Zaqatala, Balakən, Şəki, Qəbələdə, eyni zamanda qonşu Dağıstanın Məhərrəmkənd, Axtı, Doqquzpara rayonlarında - sərhədyanı bölgələrdə keçirilir.

Əməliyyatın məqsədi cinayətkarığa, terrorçuluğa, narkobiznesə, mütəşəkkil və transmilli cinayətkarlıq kimi hallarla birgə mübarizədir. Evində saxladığı silahları könüllü olaraq polisə təhvil verən şəxsləri heç bir məsuliyyət və cəza gözləmir. Rayon polis şöbələri sərhəd-sipər əməliyyatları barədə heç bir açıqlama vermir, nəticələr sonda açıqlanacaq. Artıq Quba, Qusar və Xaçmaz rayonlarında - sərhədyanı zonalarda bir neçə polis postu qoyulub. Rayonlara və sərhəd ərazisinə daxil olan bütün nəqliyyat vasitələri ciddi yoxlanılır.

Qeyd edək ki, Azərbaycan-və Rusiya DİN rəsmilərinin bu əməliyyatla bağlı son tədbiri bu il oktyabrın 30-da Azərbaycanın Qusar rayonunda keçirilib.

Əməliyyat noyabrın 19-dək davam edəcək.