İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir. İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.

İrəvanda etirazçı tələbələr aclıq aksiyasına başladı Yenilənib

İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.

AzNews.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, etirazçı tələbələrdən 5 nəfəri bu gün aclıq aksiyasına başlayıb. Bu barədə "Elmin inkişafı naminə" qrupunun üzvü David Petrosyan məlumat verib. Petrosyan özü də onlara qoşulub.

Tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edir. Sözügedən qanun parlamentdə birinci oxunuşda qəbul edilib.

Ermənistanın elm və təhsil naziri Levon Mkrtçyan tələbələrə bu mənasız aksiyanı dayandırmağa çağırıb.

İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan tələbələr dərslərdə iştirakdan imtina edirlər.

Ermənistan parlamenti birinci oxunuşda “Hərbi xidmət haqqında” yeni qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.

***

İrəvan Dövlət Universitetinin İnformatika və tətbiqi riyaziyyat fakültələrinin tələbələri oturaq tətil keçirməyə başlayıb.

Onlar aclıq aksiyası keçirən tələbə yoldaşlarını dəstəklədiklərini bildiriblər.