Rusiya paytaxtı Moskvada ermənilərin iştirakı ilə kütləvi dava olub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Rusiya paytaxtı Moskvada ermənilərin iştirakı ilə kütləvi dava olub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Ermənilərin iştirakı ilə kütləvi dava

Rusiya paytaxtı Moskvada ermənilərin iştirakı ilə kütləvi dava olub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, dava şəhərətrafı qəsəbələrdən birində yerləşən kafedə baş verib. 20 nəfər saxlanılıb. Onlar təkcə bir-birilərini döyməyiblər. Həm də kafenin şüşələrini sındıraraq əmlakına ciddi ziyan vurular.

Aralarında Ermənistandan olan şəxslərin də olduğu 20-30 yaşlı gənclərdən ibarət qrup kafedə olduqları zaman onlardan biri rəqs edən qızla tanış olmaq istəyib. Ancaq qız erməninin təklifini rədd edib və bunu özünə təhqir hesab edən erməni davaya başlayıb.

Hadisə nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib, kafeyə 1 milyon rubl ziyan dəyib. Davanı salanlar isə 25 və 27 yaşlı işsiz erməni gəncləri olub.

Elnarə Əlosmanqızı
AzNews.az