06:29
(077) 610-22-33

Rusiyanın bayrağı yandırıldı – Fotolar-Video

  • >
377 25 Fevral 2013 23:36 | Region

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə parlamentin keçmiş binasının önündə Gürcüstanın 1921-ci ilin 25 fevralında Sovet Rusiyası tərəfindən işğal edilməsinə dair "Anti-işğal aksiyası" keçirilib.

"Qafqazinfo"nun hadisə yerində olan xüsusi əməkdaşının məlumatına görə, aksiya Gürcüstan Xalq Cəbhəsi, Müstəqil Gürcüstan Partiyası, Gürcüstan Milli Demokrat Partiyası, Gürcüstan-Rusiya Müharibəsi İştikaşçıları Birliyi tərəfindən təşkil olunub.

Aksiyada çıxış edən partiya liderləri Gürcüstanın tarix boyu Rusiyanın işğalına məruz qaldığını bəyan ediblər. Onların sözlərinə görə, Rusiya Gürcüstandan əlini çəkməli, işğal altında olan Abxaziya və Cənubi Osetiya azad edilməlidir.

Gürcüstan Xalq Cəbhəsinin sədri Nodar Natadze "Qafqazinfo"ya bildirdi ki, nə qədər ki, Rusiya Gürcüstanı işğal etməkdə davam edir, etiraz aksiyaları davam edəcək. Onun sözlərinə görə, bundan sonra Gürcüstan heç bir zaman Rusiyanın boyunduruğuna düşməyəcək. N.Natadze bildirdi ki, Gürcüstanın yolu Qərb, NATO-dur.

Gürcüstan-Rusiya Müharibəsi İştikaşçıları Birliyinin sədri Zurab Parbakadze isə bildirdi ki, Gürcüstanın daim Rusiya ilə müharibə şəraitində qalmasının tərəfdarı deyil. Amma bunun üşün Rusiya işğalı dayandırmalıdır. "Təsəvvür edirsinnizmi, Rusiya faktik olaraq 1921-ci ildən Gürcüstanı işğalda saxlayır. Hazırda 20 faiz torpaqğımız işğal altındadır. Buna son verilməlidir", - deyə o bildirdi.

Mitinqdə Rusiya əleyhinə şüarlar qaldırılıb, Rusiyanın bayrağı yandırılıb.

Bağla X