21:39
(077) 610-22-33

İranda daha iki jurnalist azadlığa buraxılıb

  • >
117 28 Fevral 2013 10:27 | Region

İranda bu il yanvarın sonlarında həbs edilmiş daha iki jurnalist azadlığa buraxılıb. APA-nın "Radiofərda"ya istinadən məlumatına görə, bunlar Purya Aləmi və Milad Fədayiəsldir. Onları ailələrinin qoyduğu zəmanətlə fevralın 27-də müvəqqəti olaraq sərbəst buraxıblar. Belə ki, "Şərq" qəzetinin əməkdaşı olan Purya Aləmi 200 milyon, İLNA xəbər agentliyinin siyasət şöbəsinin baş redaktoru olan Milad Fədayiəsl 100 milyon tümən girov qarşılığında azadlığa buraxılıblar.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 26-dan bəri xarici ölkələrdə fəaliyyət göstərən bir sıra əks-inqilabçı media və telekanallarla, xüsusilə Böyük Britaniyanın BBC teleradiosu ilə əməkdaşlıqda günahlandıraraq 18 jurnalisti həbs edib. Onlardan yalnız Purya Aləmi və Milad Fədayiəsl də daxil olmaqla 11 nəfəri azadlığa buraxılıb. Bundan əvvəl də Mütəhhirə Şəfiyi, Cavad Dəliri, Hüseyn Yağçı, Emili Əmrai, Nərgiz Cudəki, Fatimə Sağərçi, Keyvan Mehreqan, Reyhanə Təbatəbayi və Əli Əkbər Müntəcəbi zəmanətlə azadlığa buraxılıb.

AzNews.az
Bağla X