Nazirin mühafizəçiləri jurnalistlərə belə davrandı - Video

Gürcüstan Daxili İşlər naziri İrakli Qaribaşvili bu günlərdə Gürcüstan İctimai Əlaqələr İnstitutunda (GİPA) təhsil alan tələbələrlə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı nazirin mühafizə xidmətinin əməkdaşlarının jurnalistlərlə davranışları müsbət mənada diqqəti çəkib.

Tədbirin işıqlandırılmasına bir neçə dəqiqə gecikən jurnalistləri içəri buraxmayan mühafizə xidməti media təmsilçiləri ilə çox nəzakətlə davranıblar.

Baş verən prosesləri "Qafqazinfo"nun hadisə yerində olan xüsusi əməkdaşı lentə alıb.