Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən təmir-tikinti işlərinə start verilib. Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən təmir-tikinti işlərinə start verilib.

Xaçmazda yeni avtomobil yolu inşa edilir - Video

Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən təmir-tikinti işlərinə start verilib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının sərəncamı ilə yenidən qurulan və 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km təşkil edir.

Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşdirib. Təmir-tikinti işlərindən sonra isə vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə yolun 170 min m2-də çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün suötürücü boruları tikintisi, mövcudların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.