O, Müslüm Gürsəsin ölümündəki müəmmalardan danışdı O, Müslüm Gürsəsin ölümündəki müəmmalardan danışdı

İbrahim Tatlısəsdən ŞOK açıqlama

O, Müslüm Gürsəsin ölümündəki müəmmalardan danışdı




Türkiyənin məşhur sənətçisi Müslüm Gürsəsin vəfatından sonra İbrahim Tatlısəs hamını şok edən açıqlama ilə çıxış edib. Tatlısəs əslində M.Gürsəsin bir həftə bundan əvvəl vəfat etdiyini bildirib:

"Ssenari xəstəxananın planlaşdırdığı kimi gedib. Müslüm baba 1 həftə əvvəl vəfat etmişdi. Bununla bağlı menecerinin də məlumatı vardı. Mənim də xəbərim vardı. Hətta bir doktor Müslüm babanın öldüyünü, ancaq ailəsinə söyləyə bilmədikləri üçün cihaza bağlı olaraq saxlandığını mənim yaxınlarımdan birinə söyləmişdi. Babanın beyin ölümü bir həftə əvvəl gerçəkləşib. Mən bunu səhiyyə naziri ilə də, Sezen Aksu və Hülya Avşarla da paylaşmışam. Babanın ölüm səbəbi ürək çatışmazlığı deyil. Rəsmən xəstəxananın reanimasiyasında mikrob düşməsi səbəbindən vəfat edib".

Elnur
AzNews.az