Raffi Ovannisyan Konstitusiya Məhkəməsinə şikayət verəcək

Ermənistanda keçirilən prezident seçkilərində 37% səs aldığı açıqlanan "İrs" Partiyasının lideri Raffi Ovannisyan seçkilərin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət verməyi qərara alıb.

APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, R. Ovannisyanın seçki qərargahı Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan nəticələrin etibarsız sayılması və erməni xalqının real seçiminin tanınması tələbi ilə Konstitusiya Məhkəməsi qarşısında iddia qaldıracaq.

AzNews.az