23:40
(077) 610-22-33

Sarkisyan məsləhət üçün Putinin yanına qaçdı

  • >
364 4 Mart 2013 11:49 | Region

Ermənistan prezidenti Serj Sarkisyan martın 12-də Rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. "Qafqazinfo"nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, görüşdə Xankəndi aeroportu ilə bağlı məsələnin də müzakirə olunacağı bildirilir.

Erməni mətbuatı iddia edir ki, prezident Barak Obama Sarkisyana yazdığı təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı addımlar atılacağını bildirərkən aeroportun istismara verilməsini nəzərdə tuta bilər. Buna cavab olaraq isə Rusiyanın Ermənistana desant çıxara biləcəyi də qeyd olunur.

Erməni mətbuatı Rusiya və ABŞ-ın Xankəndi aeroportunu birgə istifadə etməklə bağlı razılığı gəldiklərini də istisna etmir.

Mətbuat yazır ki, bu aeroportun açılması vətəndaş uçuşları üçün o qədər də böyük əhəmiyyət daşımasa da ABŞ və Rusiya üçün strateji əhəmiyyətə malikdir.

AzNews.az
Bağla X