Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib. Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.

Füzulidə 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.

İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, və ictimaiyyət nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2017-ci ilin birinci yarısında görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, respublikamızda olduğu kimi 2017-ci ilin nəticələri rayonumuzda da ürəkaçan olmuş, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş əldə olunub, əhalinin həyat səviyyəsi yüksəlib, uğurlarımız artıb. Rayonun strateji məhsul olan taxılçılıqla bağlı əldə etdiyi nəticələri barədə danışan Alı Alıyev qeyd edib ki, 2017-ci ildə 103076 ton məhsul əldə edilib. Bunun da 73053 tonu buğda, 30023 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı 29 sentner olub. Füzuli rayonu respublikada hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrlmiş, ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verib.

Alı Alıyev qeyd edib ki, ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq Füzuli rayonunda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı, 500 ha ərazidə isə toxumçuluq təsərrüfatı yaradılmışdır. Prezident cənab İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq rayon ərazisində 2700 ha ərazidə Aqropark yaradılmışdır. Aqroparkın ərazisində 1000 hektar sahədə soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş müasir-intensiv südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaqdır. Layihənin 2018-ci ildə tam başa çatdırılması nəzərdə tutulmuşdur. Aqroparkın yaradılması ilə 11 Qayıdış qəsəbəsində yaşayan yüzlərlə məcburi köçkünün məşğulluğu təmin ediləcək, həyat şəraitləri daha da yaxşılaşdırılacaqdır.

Alı Alıyev bildirib ki, Füzulidə taxılçılıqla yanaşı digər aqrar sektorun, xüsusilə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə Füzuli rayonunda 2200 tona yaxın pambıq istehsal olunmuşdur ki, bu da ötən ilkindən 3 dəfə artıqdır. Rayonda baramaçılığın inkişafı da xüsusi diqqətdə saxlanılır. Ötən il füzulili kümçülər, 2016-cı ildə istehsal olunan yaş baramadan 8 dəfə çox yəni 25 tona yaxın yaş barama istehsal etmişlər. Rayonumuzun barama istehsalında əldə etdiyi bu nəticə respublikada ikinci göstəricidir.

“2017-ci ildə kənd təsərrüfatının digər sahələrində əldə etdiyimiz göstəricilər də ürəkaçan olmuş, əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilmiş, respublika bazarına da bir sıra məhsullar çıxarılmışdır.”-deyə Alı Alıyev vurğulamışdır.

Rayonda sahibkarlığın inkişafının da diqqət mərkəzində olduğunu qeyd edən Alı Alıyev hazırda yüzlərlə şəxsin rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaratdıqlarını yeni iş yerləri açaraq, sahibkarlıq fəaliyyətlərini genişləndirdiklərini söyləyib. Bildirib ki, təkcə 2017-ci il ərzində Füzuli rayonuna iş adamları tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar 12 milyon manatdan artıq investisiya qoyulmuş, rayonda kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, özəl sektorun çəkisi artırılmışdır.

Ötən il 4000 mindən artıq məcburi köçkün pambıqçılıq, taxılçılıq, barama və digər kənd təsərrüfatı sahələrində daimi və mövsümü işlərlə təmin edilmişdir.

Azərxalça ASC-nin Horadiz şəhərində fəaliyyət göstərən ilk filialında füzulili xalçaçılar tərəfindən toxunan Qarabağın tarixi xalça çeşniləri isə Made in Azərbaycan brendi altında artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur.

Alı Alıyev qeyd edib ki, hesabat dövründə rayonda tikinti-quruculuq, abadlıq işləri də davam edib. Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsi tikilib, Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Pambıq qəbulu məntəqəsinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksinin, Bala Bəhmənli kəndi ərazisində Mərkəzi rayon Xəstəxanası, Horadiz şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsi üçün binalarının tikintisinin davam etdirilir.

Hesbat iclasında Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev çıxış edərək 2017-ci ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikada əldə olunan naliyyətlər, qazanılan uğurlardan danışıb.

İclasda MRX-nın baş həkimi Natiq Şükürov, Azərxalça ASC-nin Horadiz filialının müdiri Namiq Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova, Məşğulluq Mərkəzinin direktoru Xanoğlan Əzimov və digərlərinin 2017-ci ildə gördükləri işlərə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb.

Alı Alıyev sonda Füzulidən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, aidiyyəti xidmət təşkilatlarına tapşırıq və tövsiyyələrini verib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

image description image description image description image description image description image description image description