23:25
(077) 610-22-33

Avropa aviaşirkətləri Yerevana uçuşları dayandırıb

  • >
442 7 Mart 2013 11:48 | Region

Avropanın üç aviaşirkəti 2012-ci ildə Yerevana uçuşları dayandırıb. Trend-in məlumatına görə, bu barədə Ermənistan turizm agentlikləri birliyinin sədr müavini Eqişe Tanaşyan "Armenian Report"a açıqlamasında bildirib




Uçuşların həyata keçirilməsindən, "Britaniya Hava Yolları", "Polşa Hava Yolları" və Latviyanın "Air Baltik" şirkətləri imtina edib.
Onun sözlərinə görə, göstərilən şirkətlərin fəaliyyəti Ermənistanda hava daşımaları sektorunda qiymət müxtəlifliyini təmin edirdi. "Air Baltik" reysləri hesabına Qərbi Avropaya edilən reyslər daha sərfəli idi. "Britaniya Hava Yolları" şirkəti amerikalı turistlərə helə də ucuz olmayan, lakin komfortlu xidmətlər təqdim edirdi.
Ermənistanda turizmin özəl sektoru "Polşa Hava Yolları"na çox böyük ümidlər bağlayırdı. Çünki bu ölkədə həyat səviyyəsi, böhrana baxmayaraq daha da artdı və xarici turist səfərləri fəallaşdı. Polşa turizm şirkətləri tərəfindən Ermənistanla münasibətlərdə maraqlı idilər və artıq ən böyük Polşa sərgisində Ermənistanın iştirakıyla əlaqədar danışıqları aparılırdı. Reyslərin ləğvindən sonra bütün bu layihələr donduruldu.
Tanaşyanın sözlərinə görə, uçuşların ləvğinə səbəb "Zvartnos" hava limanında yüksək qiymətlər və hava sahəsinin qapalı olması olub.
Hazırda Qərbi Avropaya aviabiletlərin qiyməti ötən ilə nisbətən 20-25 faiz artıb.

AzNews.az
Bağla X