20:34
(077) 610-22-33

Prezidentliyinə namizəd aclığa başladı

  • >
218 11 Mart 2013 08:55 | Region

Ermənistan prezidentliyinə keçmiş namizəd Raffi Ovannisyan İrəvan Opera teatrının qarşısındakı meydanda prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Məlumata görə, Raffi Ovannisyan Serj Sarkisyan istefa verənədək aclığı davam etdirəcəyini bildirib.

Qeyd edək ki, fevralın 18-də keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə görə, Raffi Ovannisyan ikinci yeri tutub. Lakin "İrs" partiyasının sədri iddia edir ki, seçkinin qalibi Serj Sarkisyan yox, odur. Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətçi namizədin seçkilərin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı şikayətinə baxmağa hazırlaşır (anspress).
Bağla X