Gürcüstan prezidenti Mixail Saakaşvili bir sıra ölkələrə və təşkilatlara yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb Gürcüstan prezidenti Mixail Saakaşvili bir sıra ölkələrə və təşkilatlara yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb

Saakaşvili yenə Azərbaycana səfir təyin etmədi

Gürcüstan prezidenti Mixail Saakaşvili bir sıra ölkələrə və təşkilatlara yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb



"Qafqazinfo"nun məlumatına görə, prezidentin imzaladığı sərəncama uyğun olaraq, Belçika Krallığı, Ukrayna, Fransa, ABŞ, Macarsıtan, Avstriya, Latviya, Çexiya və İtaliyaya yeni səfirlər təyin olunub.

Qeyd edək ki, bu ilin yanvarında xarici işlər naziri Maya Pandjikidzenin tərtib etdiyi siyahıya uyğun olaraq geri çağırılan səfirlər arasına bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin də adı vardı. Lakin prezidentin sərəncamında Azərbaycana yeni səfirin təyin edilməsi göstərilməyib.

Xatırladaq ki, artıq bir müddətdir ki, prezidentin bu sərəncamı gecikdirməsi Gürcüstanda narazılıqlara səbəb olmuşdu.