Ermənistanlı müğənni soyqırım sözünə “tüpürdü“

Ermənistan şokdadır. Onların sevimli Şarl Aznavuru soyqırım sözünə tüpürmək istədiyini deyib. Bəllidir ki, o, indi Ermənistanın İsveçrədəki səfiri postunu tutur. Bu ölkənin RTC kanalının jurnalistləri ilə söhbətində Aznavur deyib ki, Türkiyənin 1915-ci il hadisələrini tanıması və soyqırım sözü onun vecinə də deyil.

Təbii ki, erməni mətbuatında dərhal keçmiş fransız şansonun bəyanatına reaksiyalar verilməyə başlanıb. Anspress-də verilən məlumata görə, erməni mətbuatı qeyd edir ki, Ermənistan erməni xalqına qarşı törədilən və 100 illiyini qeyd etməyə hazırlaşdıqları hadisələrin etiraf edilməsi mübarizəsinin məğzini anlamayan adamı öz nümayəndəsi edib. Başqaları isə Aznavurun soyqırım sözünün terminalogiyasını təhrif etdiyini düşünür.

Ermənistan rəhbərliyinin uydurma soyqırımın 100 iliyini təmtəraqla qeyd etmək niyyəti dayanmadan öz tarixi torpaqlarını tərk edən erməniləri birləşdirmək, bir müddətədə olsa əhalinin üzərinə düşən iqtisadi yükü, işsizliyi, qiymət artımını, maliyyə çatışmazlığından diqqəti yayındırmaq cəhdidir.

Bunun üçün hər şey edilir - qədimilik, erməni xalqının istisnalığı, eləcə də onların iztirabları. Bir sözlə "bizimlə ağlayın" "bizim kimi ağlayın" "bizdən daha yaxşı ağlayın" formasında böyük bir şou hazırlanır. Aydındır ki, Şarl Aznavur belə soyqırıma tüpürmək istədiyini deyəndə bunu nəzərdə tutub.

AzNews.az