Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 130 evdə çatlar əmələ gəlib. Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 130 evdə çatlar əmələ gəlib.

Zəlzələ nəticəsində 130 ev və 5 məktəb...

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 130 evdə çatlar əmələ gəlib.

Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı çatlar yaranan evlərə baxış keçirilib: "Hadisə nəticəsində 130 ev, 5 orta məktəb, 1 mədəniyyət evi və 1 xəstəxanada çatlar yaranıb. Məsələ ilə bağlı akt tərtib edilib və aidiyyəti qurumlara təqdim edilib".

H. Məlikov qeyd edib ki, yaranan çatlar təhlükəli olmadığından ailələr evlərindən təxliyə olunmayıb.

Bundan əvvəl 40-a yaxın evdə çatların yarandığı bildirilirdi.

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

AzNews.az